RU
Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlanıb, 16 narkorkuryer saxlanılıb
14:47
48

Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlanıb, 16 narkorkuryer saxlanılıb

Ötən gün Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkorkuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüququpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ