Nazirlik məlumat yaydı.
Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında “Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri” mövzusunda işçi görüşü keçirilir.
Bu barədə 7news.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan HDQ-də və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.
7news.Az








