RU
Bakıda nazirlik işçisinin evindən 40 min OĞURLANDI
17:48
525

Bakıda nazirlik işçisinin evindən 40 min OĞURLANDI

Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil olublar. Oğrular evdən 30 000 manat, 8 000 dollar və dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları aparıblar.

Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ