RU
Bakıda neft şirkətində işləyən afrikalı qadın özünü asıb
18:53
880

Bakıda neft şirkətində işləyən afrikalı qadın özünü asıb

Bakıda əcnəbi qadın intihar edib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar yolu 121 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evində baş verib.

Səbail rayon Polis İdarəsindən bildirilib ki, orada kirayədə yaşayan, Cənubi Afrika Respublikası (CAR) vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole evin pilləkən qəfəsindən özünü asıb. İki uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, intihar edən qadının əri Azərbaycanda fəaliyyət göstərən özəl neft şirkətlərindən birində məsul vəzifədə çalışır.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ