RU
Bakıda neft terminalında faciə
21:04
475

Bakıda neft terminalında faciə

Səngəçaldakı neft-qaz terminalında bədbəxt hadisə baş verib.

7news.az Lent.az-a istinadən verdiyi məlumata görə, yanvarın 7-də terminalın əməkdaşı, 1965-ci il təvəllüdlü Məmmədov Rəfael Cəbrayıl oğlu hündürlükdən yıxılıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şirkət əməkdaşı həkimlərin səyinə baxmayaraq yanvarın 13-də vəfat edib.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə iş başlansa da, sonradan cinayət işi 162.2-ci maddəyə tövsif edilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ