Biri ölüb, digəri xəsarət alıb.
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.
Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








