Bakıda nənəsini və bibisini qətlə yetirən Samir Cavadov bu gün səhər saatlarında Suraxanı rayonunda saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, cinayət məişət zəminində törədilib.
Hazırda saxlanılan şəxsin dindirilməsi aparılır.
09.19
Bakıda qətl törədən şəxs saxlanılıb.
"Report”un xəbərinə görə, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.
İlkin araşdırmalarla məlum olub ki, hadisə E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılıb.
7News.Az








