Sərgi ilk gündən etibarən Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.
Mayın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi (TransCaspian 2016) sərgisi keçiriləcək.
Bu il özünün 15 illik yubileyini qeyd edən TransCaspian sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib.
Ənənəvi olaraq, bu sənaye sahəsi üçün TransCaspian sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak edib.
Sərgi ilk gündən etibarən Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.
Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq.
Yubiley sərginin sektorları arasında Hərəkət heyəti və Dəmiryol infrastrukturu, Dənizçilik sənayesi, Aviasiya,“Kommersiya nəqliyyatı və Nəqliyyat-loqistika xidmətləri kimi sektorları qeyd etmək olar.
Hal-hazırda, Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən “Şimal-Cənub”, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu”, multimodal “Vikinq” layihəsi və “Bakı-Tbilisi-Qars” kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templərlə həyata keçirilir.
Bu cür perspektivlər sərginin aktuallığını artırmaqla yanaşı, istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin tədbirə daha yaxından maraq göstərmələrinə kömək edir.
TransCaspian 2016 sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.
Qeyd edək ki,bu il 6-cı Xəzər beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” (Road & Traffic) və 3-cü Xəzər beynəlxalq “Kater və Yaxtalar” (CIBS 2016) sərgiləri TransCaspian 2016 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi ilə eyni meydançada keçiriləcək./oxu.az
7news.az








