RU
Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçələr
12:11
1191

Bakıda nəqliyyatın hərəkətinin ən sıx olduğu küçələr

Ən çox avtomobil Bakı-Sumqayıt şosesi üzrə hərəkət edib.

2015-ci il üzrə Bakı şəhərində nəqliyyat vasitələrinin ən yüksək gündəlik orta say göstəricisi açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) 7News.Az-a verilən məlumata görə, ötən il paytaxtda ən çox avtomobil Bakı-Sumqayıt şosesi üzrə hərəkət edib.

Belə ki, göstərilən dövr ərzində bu şose ilə Bakı istiqamətində 91 min 907, əksinə isə 83 min 945 avtomobil hərəkət edib.

Paytaxt ərazisində ən çox avtomobil Heydər Əliyev prospektində qeydə alınıb – 153 min 309.

Növbəti yerlərdə Ziya Bünyadov və Neftçilər prospektləri dayanır – müvafiq olaraq, 132 min 69 və 115 min 912 avtomobil.

S/S

Küçə/prospekt

İstiqamət

Say

  1.  

Bakı-Sumqayıt şos.

cənub

91907

şimal

83945

  1.  

Heydər Əliyev pr.

şərq

79302

qərb

74007

  1.  

Ziya Bünyadov pr.

şərq

66869

qərb

65200

  1.  

Neftçilər pr.

şərq

65418

qərb

50494

  1.  

Üzeyir Hacıbəyov küç.

qərb

58062

  1.  

Rəşid Behbudov küç.

şimal

48677

  1.  

Yusif Səfərov küç.

cənub

43345

şimal

52448

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ