Bakıda yanğın hadisəsi qeydə alınıb.
Yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus “Niva” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları və qabaq lövhəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb./atv
7news.az








