RU
Bakıda oğlan qonşularını bıçaqladı
14:50
416

Bakıda oğlan qonşularını bıçaqladı

Bakıda 22 yaşlı oğlan qonşuluqda yaşayan şəxsləri bıçaqlayıb.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ev 19-un qarşısında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gündüz Aslanov binada yaşayan 1999-cu il təvəllüdlü Vüqar Zeynalzadə və 1994-cü il təvəllüdlü Fərid Quliyevlə mübahisə edib. Nəticədə G.Aslanov hər iki şəxsin sinəsinə bıçaqla xəsarətlər yetirib.
V.Zeynalzadə və F.Quliyev ağır yaralanıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, G.Aslanov saxlanılıb.

Qeyd edək ki, V.Zeynalzadə və F.Quliyev eyni ünvanda yaşayırlar. Onlar qonşudurlar.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ