RU
Bakıda OLAY: Sərnişin avtobusu qaçırıldı
14:23
542

Bakıda OLAY: Sərnişin avtobusu qaçırıldı

Bakıda sərnişin avtobusu qaçırılıb.

7News.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus "Daewoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ