RU
Bakıda on yaşlı uşaq itib
20:58
605

Bakıda on yaşlı uşaq itib

Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib.

7news.Az xəbər verir ki, bu barədə Lent.az-a uşağın anası məlumat verib. 

Anası Arzu Abbasovanın sözlərinə görə, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: "Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb”.

Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən bildirilib ki, belə bir şikayət qəbul edilib: "Abbasov Amilin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir”. 

Qeyd edək ki, Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir.
Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055) 563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ