Paytaxtda yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
7news.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" və “Opel” markalı minik avtomobillərinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yol kənarında quraşdırılmış qaz sayğacı yanıb. Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








