RU
Bakıda orta yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb
11:30
393

Bakıda orta yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb

Bakının Nərimanov rayonunda orta yaşlı kişi bıçaqlanıb.

3-cü mikrorayon bazarının yaxınlığında 1983-cü il təvəllüdlü Əzizov Elvin Arzu oğlu iki nəfərlə (ad soyadları açıqlanmır) əlbəyaxa dava edib.

Nəticədə o iki nəfərin bıçaqla hücumuna məruz qalıb. E.Əzizovun döş qəfəsi və kürək nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralının vəziyyəti ağırlaşıb. O, taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə məlumat verilib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ