BPİ məlumat yaydı.
Bakıda oğurluq edən şəxslər tutulublar.
Bakı şəhər Baş Polis İdarəsinədən daxil olan məlumata görə, Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 23-nə keçən gecə, Binə qəsəbəsində Əmiraslan Ələkbvərova məxsus «Tofaş» markalı avtomobildən 200 manat və maqnitafon, Türkiyə vətəndaşı Şahin Halitə məxsus «Wolkswagen-Passat» markalı avtomobildən isə, şüşəni sındırmaqla 2000 manat, şəxsiyyət vəsiqəsi və maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Fəqan Əliyev və 1997-ci il təvəllüdlü Tahir Atakişiyev tutulublar.
Faktla bağlı araşdırma aparılır./oxu
7news.az








