Paytaxtda evləri qarət edən şəxslər həbs olunub.
Bu barədə 7news.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər Bakı şəhər sakininə məxsus evlərdən ayrı-ayrı vaxtlarda pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcəbədi rayon sakini Elmir Məmmədov, Salyan rayon sakini Eyyub Məmmədov və Şəmkir rayon sakini İlqar Məmmədov tutulublar.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








