RU
Bakıda partlayış- Ailənin 5 üzvü yaralandı
13:07
803

Bakıda partlayış- Ailənin 5 üzvü yaralandı

Bakıda mənzildə partlayış olub.

7News.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də saat 04 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan Sakit Quliyevin evində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə xəsarət almış S.Quliyev, arvadı Sona, qızları Səma, Əsmər və oğlu İlham xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ