Bakının Badamdar qəsəbəsində partlayış baş verib.
Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.
Nəticədə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıblar.
Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. //lent.az
7News.az







