RU
Bakıda piyada qadağan olunan yerdən keçdi: maşın vurdu
23:00
493

Bakıda piyada qadağan olunan yerdən keçdi: maşın vurdu

Bakıda piyadaların hərəkəti üçün qadağan olunan yerdən keçən 30 yaşlı qadını avtomobil vurub.

7news.Az report-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Burada avtomagistral yoldan keçən 1985-ci il təvvəllüdlü Dünyamalıyeva Pərvanə Vaqif qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan P.Dünyamalıyeva xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ