RU
Bakıda piyada yol qəzasına səbəb olub - FOTOLAR
13:30
472

Bakıda piyada yol qəzasına səbəb olub - FOTOLAR

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisəyə qadağan olunan yoldan keçən piyada səbəb olub.

Belə ki, piyada onun üçün nəzərdə tutulmayan yolda, yəni nəqliyyat vasitələri üçün nəzərdə tutulan hərəkət zolağında qəfil dayanıb. 

"KİA” markalı minik avtomobilinin sürücüsü isə piyadanı vurmamaq üçün qəfil əyləcdən istifadə edib. Bu zaman onun arxası ilə hərəkət edən "AzSamand” markalı avtomobil”"KİA” minik maşınına çırpılıb. Zərbənin təsirindən avtomobillərin hər ikisi deformasiyaya uğrayıb. 

Faktla bağlı araşdırma aparılır./report

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ