Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Zivərbəy Əhmədbəyov küçəsində piyada zolağından keçən 2000-ci il təvəllüdlü Həsənov Eltun Əkbər oğlunu minik avtomobili vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır./report
7News.az








