RU
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
21:40
497

Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

7news.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Kia” markalı avtomobilin sürücüsü, paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ