RU
Bakıda polis avtomobili qəzaya uğrayıb, iki nəfər xəsarət alıb
10:02
464

Bakıda polis avtomobili qəzaya uğrayıb, iki nəfər xəsarət alıb

Bakıda polis əməkdaşları avtomobil qəzasına düşüb.

Hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Yusif İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) polis əməkdaşı, serjant, 1989-cu il təvəllüdlü Kamran Həsənovun idarə etdiyi “Volkswagen Polo” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində polis serjantı K.Həsənov və ekipaj üzvü, 1990-cı il təvəllüdlü Şahmar Abdullayev xəsarət alıb.

Yaralı polislər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ