RU
Bakıda polis bölməsinin qarşısında adam öldü
13:10
407

Bakıda polis bölməsinin qarşısında adam öldü

Faktla bağlı araşdırma aparılır.

Bakının mərkəzində ölüm hadisəsi baş verib.

Hadisə Azadlıq prospekti 75 ünvanında, 22-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Şəxsiyyəti hələ müəyyən edilməmiş orta yaşlı kişinin vəziyyəti qəfildən pisləşib. Hadisə yerində təcilli yardım gələnədək o dünyasını dəyişib.

Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır./apa

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ