Günorta saatlarında Bakının mərkəzində yerləşən binalardan birində yanğın başlayıb.
Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binada güclü yanğın qeydə alınıb. Alovlar ilk olaraq binanın 2-ci mərtəbəsini bürüyüb.
Bildirilir ki, yanan binada 2010-cu ilədək Səbail Rayon Polis İdarəsi yerləşib. Hazırda yanan ərazidə yaşayış yoxdur. Bununla belə ətraf mənzillərdə yaşayan insanlar təxliyə edilib.
Hazırda yanğın nəzarətə alınıb./lent.az
7News.Az








