Bu gecə Bakının Sabunçu rayonunda polis avtomobili oğurlanıb və sonradan qəzaya uğrayıb.
Bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məlumat yayılıb. Məlumatda bildirilir ki, Bakıxanov qəsəbəsində polisin xidməti maşınını oğurlanıb. Sonradan avtomobil Sabunçu rayonu İcra Hakimiyyətinin binası önündə ağaca dəyərək qəzaya uğrayıb.
Məsələ ilə əlaqədar Sabunçu rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, polis maşınının oğurlanması ilə bağlı onlarda heç bir məlumat yoxdur./baku
7news.az









