RU
Bakıda polis məşhur gecə klubunda əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
10:20
161

Bakıda polis məşhur gecə klubunda əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)

Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən "1033” klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.

Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb.

Onlara müvafiq olaraq protokol tərtib olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ