RU
Bakıda polis xidməti avtomobili ilə qəza törətdi:
18:14
2052

Bakıda polis xidməti avtomobili ilə qəza törətdi:

Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub.

7News.Az bildirir ki, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanda qeydə alınıb.

Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Yavər Həsənovun idarə etdiyi "KamAZ", 1965-ci il təvəllüdlü Seyfəddin Əzizovun idarə etdiy "Nissan" və 1965-ci il təvəllüdlü İlqar Muradovun idarə etdiyi DİN-in Baş Mühafizə İdarəsinə məxsus "Volkswagen" markalı avtomobillər toqquşub.

S.Əzizov, sərnişinləri 1963-cü il təvəllüdlü Çimnaz Əzizova, 1971-ci il təvəllüdlü Gülnaz Kazımova və 2004-cü il təvəllüdlü Nərmin Kazımova xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ