RU
Bakıda polisin təqib etdiyi maşın qəza törətdi
12:37
684

Bakıda polisin təqib etdiyi maşın qəza törətdi

Pensiyaçı qadın huşunu itirib.

Bu gün saat 11:00 radələrində Bakıda Xətai rayonu, Sabit Orucov küçəsində avtomobil qəzası baş verib.

Polisin təqib etdiyi, taksi fəaliyyəti ilə məşğul olan 90 KO 781 dövlət nömrə nişanlı "Opel" markalı avtomaşın 10 OZ 371 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobili arxadan vuraraq, qəza törədib.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, hadisə şahidi olan pensiyaçı qadın baş vermiş qəzadan təsirlənərək, huşunu itirib. Ona kömək etmək üçün təcili yardım gəlib./report

7news.az

   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ