RU
Bakıda polkovnikin evindən oğurluq - 20 min dollar, 20 minlik qızıl, 2 silah
21:45
432

Bakıda polkovnikin evindən oğurluq - 20 min dollar, 20 minlik qızıl, 2 silah

Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da qeydə alınıb. Belə ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildə olan 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ