RU
Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı - VİDEO
14:30
388

Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı - VİDEO

Ötən gecə saat 02:30 radələrində paytaxtda avtomobil qəzası baş verib.

7News.Az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. 

Belə ki, şəxsiyyəti məlum olmayan sürücü "Porsche” markalı, 99 HR 999 dövlət nömrə nişanlı  avtomobili öncə maneəyə çırpıb, daha sonra qəzalı vəziyyətdə idarə edib. 

Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra Araz Novruzov 27 küçəsində buraxaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ