RU
Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi
13:00
98

Bakıda “Prius” sürücüsü bıçaqla hədələndi

Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində "Toyota Prius” markalı avtomobildə sürücü sərnişini tərəfindən bıçaqla hədələnib.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ