RU
Bakıda psixiatriya xəstəxanasına məxsus maşın mağazaya çırpıldı - FOTO
15:30
216

Bakıda psixiatriya xəstəxanasına məxsus maşın mağazaya çırpıldı - FOTO

Bakıda Sabunçu rayonu, Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baku.ws-in "qaynar xətt”inə məlumat daxil olub.

 

Hadisə şahidinin bildirdiyinə görə, qəza zamanı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına məxsus UAZ markalı maşınla VAZ-2106 markalı avtomobil toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yaxınlıqdakı mağazaya çırpılıb.

Sürücülərdən biri xəsarət aldığı üçün xəstəxanaya aparılıb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ