Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
7News.Az xəbər verir ki, qanlı hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı Binə qəsəbə sakini X. İsmayılov bədənin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Xəzər rayon Cinayət Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 37 yaşlı İ. Mustafayeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
7News.Az








