RU
Bakıda qadın 5 yaşlı oğlunu boğaraq öldürdü
13:22
562

Bakıda qadın 5 yaşlı oğlunu boğaraq öldürdü

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.
Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyidi aşkar olunub.

Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova "pis ruhları çıxartmaq" üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir./Report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ