RU
Bakıda qadın asetondan zəhərlənib
12:02
310

Bakıda qadın asetondan zəhərlənib

Fevralın 17-də Bakının Xəzər rayonunda bir qadın asetondan zəhərlənib.

Bu barədə 7News.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şağan kənd sakini Tahirə Məmmədova (1955-ci il təvəllüdlü) aseton içib. O, Toksikoloji Mərkəzdə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

T.Məmmədovanın psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.

Hadisənin intihar cəhdi olub-olmadığı hələ müəyyənləşdirilməyib.

Faktla bağlı istintaq davam edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ