RU
Bakıda qadın bahalı şubanı belə oğurlayır-VIDEO
00:00
1429

Bakıda qadın bahalı şubanı belə oğurlayır-VIDEO

Bakıda geyim mağazası qarət edilib. Mağazaya daxil olan qadın bahalı şuba oğurlayıb. Oğurluq müşahidə kameralarına düşüb. Hadisə günorta saatlarında Nizami rayonundakı mağazalardan birində olub.

Sumqayıt və Cəlilabad polisi isə oğurluqla məşğul olan dəstə saxlayıb.

Brend malların satıldığı mağazaya daxil olan qadın paltarlara baxır.

Vitrindəki bahalı şubalara baxan təxminən 25-30 yaşlı qadına satıcılardan biri yaxınlaşıb kömək etmək istəyir.

Mağazadakı müşahidə kamerasına düşüən hadisə Bakıda Nizami rayonu Qara qarayev prospektindəki mağazalardan birində olub. Qadın bir müddət sonra geyinib-soyunma otağından çıxır.

Ancaq oğurluq edən qadın bundan xəbərsizdir. O, siqnalizasiya daşını başqa paltarın cibinə qoyarkən əvvəlcə ətrafada göz gəzdirir. Belə məlum olur ki, naməlum qadın dəyəri 1500 manat olan kiçik şubanı paltarının altında gizlədib çıxır.

Hadisə ilə bağlı mağaza sahibi Nizami rayon polis idarəsinə məlumat verib. Görüntülər əsasında onun saxlanılması istiqamətində əməliyyat keçirilir.

Sumqayıt polisi isə oğurluqla məşğul olan dəstəni ifşa edib. Rafiq Priyev, Etibar Məmmədov, Samir Güləlizadə və Salman Mehmanov internet-klub, kafe, mebel və ərzaq mağazalarını qarət etməkdə şübhəli bilinir. Onlar ümumilikdə vətəndaşlara 10 min manata yaxın ziyan vurub.

Biləsuvar polisi də silsilə oqurluq edən şəxsləri saxlayıb. Zəhmədabad kənd sakinləri Elsevər Rzazadə və Heydər Qasımlı Cəmil Kazımova məxsus ərzaq mağazasından 5200 manat dəyərində ərzaq məhsulları oğurlayıb. Onlar izi itirmək məqsədi ilə mağazanı yandırıb və sahibinə 15 min manat ziyan vurublar./xezerxeber

 

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ