RU
Bakıda qadın çay evində döyüldü - Ağır xəsarət alıb
15:30
286

Bakıda qadın çay evində döyüldü - Ağır xəsarət alıb

Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

7News.Az apa-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən "Xrom" çay evində qeydə alınıb.

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ