Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən G.Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa
7news.Az








