RU
Bakıda qadın qohumunun evindən oğurluq etdi
19:25
1329

Bakıda qadın qohumunun evindən oğurluq etdi

O, pul və qızıl əşyalar aparıb.

Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub.

7news.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə martın 11-də baş verib.

Belə ki, Bakı şəhər sakini Samir Vəlimətovun evindən 950 manat və qızıl əşyalar oğurlanıb.

Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş qohumu Elnurə Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ