Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı yüksək sürətlə idarə etdiyi "Porsche” markalı avtomobillə manevr edərkən nəqliyyat vasitəsi aşıb.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.