DİN məlumat yaydı.
Bakıda intihar hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə aprelin 11-də Yasamal rayonu ərazisində baş verib.
Bakı şəhər sakini - ruhi xəstə Rüxsarə Yunusova mənzilinin eyvanından (9-cu mərtəbədən) özünü atıb.
O hadisə yerində keçinib.
Araşdırma aparılır.
14:04
Bakıda intihar hadisəsi baş verib.
7News.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, naməlum qadın özünü Süleyman Tağızadə küçəsi 39/11 ünvanında yerləşən binadan ataraq intihar edib.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı araşdırmalar aparılır.








