RU
Bakıda qadından sosial şəbəkədə tanış olduğu kişiyə qarşı dəhşətli əməl - Təfərrüat
15:30
217

Bakıda qadından sosial şəbəkədə tanış olduğu kişiyə qarşı dəhşətli əməl - Təfərrüat

Bakıda gənc oğlanı bıçaqlayıb qaçan qadın saxlanılıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, məlum olub ki, Binə qəsəbəsində yaşayan Xalid İsmayılov Şüvəlan sakini Lalə Mustafayeva ilə sosial şəbəkədə tanış olub. Daha sonra onlar münasibət qurublar.

 

Hadisə baş verən gün Lalə Mustafayeva Xalid İsmayılovla münasibəti kəsmək istəyib. Amma Xalid İsmayılov ondan əl çəkməyib. Bu zaman Lalə Mustafayeva bıçağa əl atmalı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ