RU
Bakıda qadını dəmir parçası ilə hədələyib soydular
21:30
504

Bakıda qadını dəmir parçası ilə hədələyib soydular

Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, avqustun 1-də naməlum şəxs Bakı şəhər sakini T.Abdullayevanı dəmir parçası ilə hədələyib quldurluq yolu ilə mobil telefonunu alıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini R.Hüseynov müəyyən edilərək saxlanılıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ