RU
Bakıda qadını döyüb soydular
10:23
709

Bakıda qadını döyüb soydular

Bakıda qadın döyülərək soyğunçuluğa məruz qalıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti məlumat verib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ