Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Elnur İsmayılovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
7news.az xəbər verir ki, ittiham aktına əsasən, bu il aprelin 17-də daxil olan məlumat əsasında Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları şəhər sakini Çiçək Alıyevanın meyitini Bülbülə qəsəbəsində yaşadığı evində aşkar ediblər, ekspertin iştirakı ilə hadisə yeri müayinə olunub. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadın əl və ayaqla yetirilən zərbələr nəticəsində keçinib.
İstintaq-əməliyyat yolu ilə müəyyən edilib ki, cinayəti mərhumun tanışı, əvvəllər məhkum olunmuş Elnur İsmayılov törədib. Hadisədən 11 gün sonra şübhəli şəxs Şabran RPŞ-nin əməkdaşları tərəfindən tutulub və istintaqa təqdim edilib.Dindirmə zamanı,
o Çiçək Alıyevaı aralarında yaranmış münaqişə zəmnində qətlə yetirdiyini bildirib.
Məhkəmə prosesində E.İsmayılov əməlindən peşman olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.












