RU
Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü
11:38
562

Bakıda qadını sevgilisi küçənin ortasında bıçaqlayaraq öldürdü

Bu gün saat 09:30-da Bakının Nizami rayonunda gənc qadını küçənin ortasında qətlə yetiriblər.

Hadisə "Qara Qarayev" metrosu yaxınlığında, "Çinar Market"in yanında baş verib.

Məlumata görə, 30 yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq yarasından hadisə yerində keçinib. Qadının bıçaqlandığı ünvanda yaşadığı bildirilir. Hadisəni Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsindən təsdiqləyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ