Bakıda soyğunçuluq edən şəxs saxlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4 300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.








