Polisin əməliyyatı uğurla başa çatıb.
Bakıda qadına qarşı xuliqanlıq etmiş şəxs ələ keçib.
DİN-nin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Bakı şəhər sakini Günay Eyyubzadəyə qarşı xuliqanlıq etmiş həmyerlisi Coşqun Hüseynov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 2-də Biləcəri qəsəbəsində qəsəbə sakini Gülbəniz Səfərovaya zor tətbiq edib içərisində 200 manat olan çantasını alması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.








